Pərviz Şahbazov: "Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi xeyli artıb"
Bizi izləyin

İqtisadi gündəm

Pərviz Şahbazov: "Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi xeyli artıb"

"Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi cari ilin 9 ayı ərzində 65,6 faiz artıb".

“Report” xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qazaxıstan Respublikasının müstəqilliyinin 27-ci ildönümü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda bildirib.

O, bu faktı iki qardaş ölkə arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələrinə dəlalət kimi dəyərləndirib.

“Ölkələrimiz arasında münasibətlər yeni səviyyəyə qədəm qoyub. Beynəlxalq hüquq normalarına, ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət münasibətlərimizin bünövrəsini təşkil edir”, - deyə nazir vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm