Dünya Bankının prezidenti postundan gedir
Bizi izləyin

İqtisadi gündəm

Dünya Bankının prezidenti postundan gedir

Dünya Bankı (DB) qrupunun prezidenti Cim Yon Kim fevralın 1-dən istefaya gedəcək.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bankın rəhbəri vəzifələrini icraçı direktor Kristalina Georgiyeva icra edəcək.

Kim öz vəzifəsini səlahiyyətlərinin 2022-ci ildə bitməsinə xeyli qalmış tərk edir. O, 6 ildən artıqdır bankın rəhbəri vəzifəsində çalışır. İstefanın rəsmi səbəbi bankirin iqtisadiyyatın özəl sektoruna qayıtmaq istəyi ilə bağlıdır.

"Kim bildirib ki, istefadan dərhal sonra (özəl) firmaya qoşulacaq və inkişaf etməkdə olan ölkələrdə investisiya infrastrukturunun yüksəldilməsi üzərində işləyəcək", - deyə məlumatda bildirilir.

Kimin dəqiq harada işləyəcəyi açıqlanmır.

O, DB-nin rəhbəri vəzifəsinə 1 iyul 2012-ci il tarixində başlayıb. 2016-cı ildə səlahiyyət müddəti başa çatsa da,təşkilatın Direktorlar Şurası onu yenidən qrupun prezidenti seçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm