İqtisadi gündəm
Döyüş texnikaları hazır vəziyyətə gətirildi
Bu gün Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi
Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və
hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimləri
keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS
PRESS-ə verilən məlumata görə, təlimlərdə "Azərbaycan Respublikası
ərazisinin müdafiəsi və təcavüzkarın məğlubiyyətə uğradılması
məqsədi ilə Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin birgə
fəaliyyətinin planlaşdırılması və təşkili. Dövlət sərhədinin
mühfizəsi və müdafiəsi. Əks-hücuma keçməklə təcavüzkarın əsas
qüvvələrinin darmadağın edilməsi" mövzusunda məsələlər
işlənilib.
Təlimlərə ümumilikdə 4000 nəfərədək şəxsi heyət,
80 tank, 100-dək zirehli döyüş maşını, 80-ə qədər artilleriya
sistemləri, 10 döyüş təyyarəsi, 20-dək döyüş və nəqliyyat-döyüş
vertolyotu cəlb edilib.
Təlimlərin rəhbərliyi tərəfindən qarşıya aşağıdakı
məqsədlər qoyulub və yerinə yetirilib:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi,
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının və Dövlət Sərhəd
Xidmətinin birləşmə, hissə və bölmələrinin ərazi müdafiəsi
çərçivəsində birgə döyüş tətbiqinin planlaşdırılması və qarşılıqlı
əlaqənin təşkili üzrə müxtəlif səviyyələrdə qərargahlar arasında
koordinasiyanın təmin edilməsi.
2. Dövlət sərhədinin mühafizəsi, ərazi
müdafiəsinin aparılması və əks-hücum əməliyyatının gedişində
Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin uzlaşmış
fəaliyyətinə nail olunması, birləşmə, hissə və bölmələrin döyüş
fəaliyyətinin sinxronlaşdırılması.
3. Silahlı Qüvvələrin və başqa silahlı
birləşmələrin birgə döyüş fəaliyyətinin gedişində qoşunların
koordinasiyalı şəkildə idarə edilməsi və informasiya mübadiləsinin
saxlanılması üzrə qərargah fəaliyyətinin məşq
etdirilməsi.
Təlimlərdə aviasiya zərbələrinin və artilleriya
sistemlərinin döyüş atışının praktiki idarə olunması, hava
desantının çıxarılması, müxtəlif qoşun növləri və xüsusi qoşunların
hücüm əməliyyatında tətbiqi məsələləri işlənib, birləşmə, hissə və
bölmələrin taktiki fəaliyyəti və silah sistemlərinin real atışları
həyata keçirilib, müxtəlif güc strukturlarının birləşmə və
hissələri arasında qarşılıqlı əlaqənin saxlanılması təmin
edilib.
Təlimləri Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev
izləyib.
Təlimlərə cəlb edilən birləşmə, hissə və bölmələr
tərəfindən qarşıya qoyulan bütün məqsədlərə nail
olunub.
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK