"Bütün bunlar infrastruktura çox güclü təzyiq yaradır" - Rusiyalı nazir
Bizi izləyin

İqtisadi gündəm

"Bütün bunlar infrastruktura çox güclü təzyiq yaradır" - Rusiyalı nazir

Rusiya və Azərbaycan sərhəddəki digər keçidlərdən buraxılış imkanlarının artırılması üçün istifadəni nəzərdən keçirir.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində salınan körpüyə baxış zamanı jurnalistlərə açıqlamasında deyib.

“Aydındır ki, hazırda sərhəddə olan növbələr Rusiya və Azərbaycan arasında sürətlə artan ticarət dövriyyəsinin təminatı üçün infrastruktur çatışmazlığına birbaşa şahidlik edir”, – deyə nazir bildirib.

Oreşkin qeyd edib ki, bu günlərdə Avrasiya İqtisadi İttifaqı ilə azad ticarət zonasına dair saziş imzalamış İrandan da aktiv olaraq artan tranzit həcmlərini nəzərə alsaq, o zaman bu ölkədən də Rusiya istiqamətində olan fəallıq artmaqda davam edəcək:

“Bütün bunlar infrastruktura çox güclü təzyiq yaradır. Üstəlik, burada məsələ təkcə bu sərhəd keçidindən getmir. Bu, istər Azərbaycan, istərsə də Rusiya tərəfdən regionun infrastrukturunun daha geniş inkişafı üçün lazım olan məsələdir. Biz həmkarlarımızla razılığa gəlmişik ki, bu sərhəd keçid məntəqəsində işlər bitəndən sonra digər sərhəd keçid məntəqələrinin də istifadə imkanları nəzərdə keçirilsin.

Oreşkin bildirib ki, əsas məsələ daşıma ilə məşğul olan insanlar üçün sərhəd keçidi problemini ortadan qaldırmaqdır:

“Əsas məsələ odur ki, sərhədin hər iki tərəfində daşımalarla məşğul olan insanlar üçün sərhəd keçidi problemi keçmişdə qalsın, növbələr azalsın və ölkələr arasında hərəkət maksimal şəkildə azad olsun”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm