Neftin qiyməti qalxır
Bizi izləyin

İqtisadi gündəm

Neftin qiyməti qalxır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 13-də 65,85 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,11 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 65,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,1 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 61,62 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,17 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 63,48 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,91 dollar/barel çoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm