Bakıda vergilərlə bağlı forum keçirilir
Bizi izləyin

İqtisadi gündəm

Bakıda vergilərlə bağlı forum keçirilir

Fevralın 18-də Bakıda Vergilər Nazirliyinin təşkilatçılığı ilə “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum keçirilir.

Publika.az xəbər verir ki, forumun məqsədi Azərbaycanda həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, qarşıda duran vəzifələr və inkişaf perspektivləri ilə bağlı vətəndaş cəmiyyəti, işguzar dairələrlə açıq dialoqun qurulmasıdır.

Forumda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi sistemində aparılan islahatlar, həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, vergi qanunvericiliyində edilmiş dəyişiklikər, dövlət-biznes münasibətləri, ölkəmizin vergi sisteminin perspektiv inkişaf istiqamətləri barədə işguzar dairələrlə fikir mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Milli Məclis, dövlət qurumları, beynəlxalq təşkilatlar, ictimai birliklər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və iş adamları iştirak edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm