İqtisadi gündəm
Dünya Bankı: Azərbaycanda ciddi islahatlar aparılır
Dünya Bankı uzun müddətdir ki, Vergilər Nazirliyi ilə tərəfdaş kimi çalışır. Bu müddətdə vergi inzibatçılığı və digər islahatlarla bağlı texniki yardım göstərilib.
Publika.az xəbər verir ki, bu sözləri Dünya Bankının Azərbaycandakı ölkə ofisinin rəhbəri Navid Həsən Naqvi deyib.
Dünya Bankının rəsmisi vergi xərcləri proqramının hazırlanması ilə bağlı tövsiyələrini də səsləndirib: "Zənnimcə, kritik əhəmiyyət kəsb edən məsələ odur ki, biz vergidən azadolmaları düzgün təhlil edərək xərclərin büdcəsini hazırlamalıyıq. Azərbaycan hökumətinin konkret olaraq vergi güzəştləri ilə bağlı əldən çıxan gəlirlər haqqında məlumatı olmalıdır. Bu, dəqiq hesablanmalıdır. Həmin hesabatlar daha çox Vergi Məcəlləsinin fonunda öz əksini tapmalı, vəsaitlər vergi xərcləri kimi qeydə alınmalıdır. Şəffaflığın artırılması nəzərə alınmaqla hər kəs bilməlidir ki, güzəşti nə üçün və hansı müddətə əldə edib. Vergi güzəştlərinin faydaları lazımınca təhlil olunmalıdır. Vergi xərcləri proqramı bu təhlillər əsasında hazırlanmalıdır".
O, bununla bağlı hökumətin müəyyən addımlar atdığını, ölkədə ciddi vergi islahatları apardığını və onun miqyasının davamlı olaraq genişlənəcəyini vurğulayıb.
N.Naqvi qeyd edib ki, digər tərəfdən, Maliyyə Nazirliyində ortamüddətli xərclər çərçivəsi hazırlanır, fiskal qaydalar gündəmə gəlir və getdikcə Azərbaycan hökumətində sistemli yanaşma formalaşır: "Biz müxtəlif təşəbbüslər və iqtisadi şaxələnmə layihələri üzrə Azərbaycan hökumətinin tərəfdaşı olmaqda davam edəcəyik və iş birliyi əzmindəyik. İqtisadiyyat təkcə neft üzərində deyil, həm də qeyri-neft sektorunda çalışan sahibkarların gücü üzərində qurulur”.
-
Ekopublika.az23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO