Ermənilər Azərbaycana qarşı təxribata əl atdı - Bakıda
Bizi izləyin

İqtisadi gündəm

Ermənilər Azərbaycana qarşı təxribata əl atdı - Bakıda

Ermənistan nümayəndə heyəti ATƏT PA-nın Bakıda keçirilən Daimi Komitəsinin iclasında Azərbaycana qarşı təxribata cəhd edib.

Publika.az xəbər verir ki, iclasda ABŞ təmsilçisi Benjamin Kardinin Ukrayna məsələsi ilə bağlı Rusiya əleyhinə təklif etdiyi qətnamənin müzakirəsi zamanı söz alan erməni deputatlar gözlənilmədən mövzunu dəyişiblər.
Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan çıxışında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktını inkar edərək, münaqişənin həlli üçün Azərbaycanı Dağlıq Qarabağın separatçı rejimi ilə danışıqlara çağırıb. Erməni deputat yüksək səslə danışaraq zalda ajiotaj yaradıb. Əsəbi halda çıxış edən erməni deputat münaqişənin həllində Azərbaycanı ATƏT-in Minsk qrupunun üzvləri arasında daha çox ABŞ-a güvənməkdə ittiham edib.

ATƏT PA-nın prezidenti Ranko Kirovokapiç A. Geqamyana gündəlikdəki qətnaməni xatırlatsa da, o, yenidən qətnamədəki mövzuya – Ukrayna məsələsi və digər paralel münaqişələrin həllinə toxunmayaraq, xalqların öz müqəddəratını təyin etməsi məsələsini ortaya atmağa cəhd edib.

Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova isə 22 ildir işğal olunmuş torpaqları, bunun fəsadlarını görməməyi “qumdan başı yeni çıxan kor dəvəquşuya” bənzədib.

B. Muradova A. Geqamyanın əsəbi çıxışına və vaxtından tez saçının tökülməsinə işarə vuraraq deyib: “Burada bayaq ürək tutmasından danışıldı. İnsan ürək tutmasından həkimə gedir, çünki ağrı var. Amma bir də var saç tökülməsi. Bunun ağrısını hiss edən yoxdur. Bizim torpaqları işğal edənlər də bunu saç tökülməsi kimi qəbul edirlər, ağrını hiss etmirlər. 22 ildir faktiki torpaqlar işğal altındandır, kor dəvəquşu kimi bunu görməmək olmaz!”

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm