• USD 1,7000 0,00% EUR 1,9150 +0,40%
    • GBP 2,1237 +1,05% RUB 0,0240 +0,42%

Azərbaycan nefti bahalaşır

Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 26-da 66,69 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,45 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 65,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,43 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 62,87 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,46 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 64,41 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,25 dollar/barel çoxdur.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR