Bank rəhbərləri təcili iclasa çağırıldı
Bizi izləyin

İqtisadi gündəm

Bank rəhbərləri təcili iclasa çağırıldı

Bu gün (28 fevral 2019-cu il) tarixində, saat 18:00-da Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasında bank rəhbərlərinin Palatanın rəhbərliyi ilə görüş keçiriləcək.

"Marja"nın əldə etdiyi məlumata görə, görüşdə bank sektorunun cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi nəzərdə tutulur.

Xəbər verdiymiz kimi, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb. Fərmana əsasən fiziki şəxslərin problemli kreditlərinin artmış hissəsinin ödənilməsinə dövlət tərəfindən kömək göstərilir.

Fevralın 27-də Azərbaycan Beynəlxalq Bankı ASC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) növbədənkənar Ümumi Yığıncağı keçirilmişdi. Yığıncaqda bank sektorunun cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin problemli kreditlərin həlli müzakirə edilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm