Azərbaycan nefti ucuzlaşır
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 6-da 66,98 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,18 dollar/barel azdır.

Publika.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 66,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,15 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 62,58 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,13 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 64,27 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,13 dollar/barel azdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm