TANAP nə vaxt Avropaya qaz tədarükünə başlayacaq?
Bizi izləyin

İqtisadi gündəm

TANAP nə vaxt Avropaya qaz tədarükünə başlayacaq?

İşlər plana uyğun davam etsə, Trans-Anadolu qaz kəməri (TANAP) 2019-cu ilin iyulunda Avropaya qaz tədarükü üçün hazır olacaq.

Trend-in məlumatına görə, bunu TANAP konsorsiumunun rəhbəri Saltuk Düzyol deyib.

O bildirib ki, ötən ilin iyununda TANAP-ın sıfır mərhələsi işə salındıqdan sonra Türkiyəyə qaz tədarükü başlayıb. Birinci mərhələ ilə sınaq qaz tədarükü isə aprelin 15-dən başlayacaq.

S.Düzyol əlavə edib ki, 2018-ci il iyunun 30-dan bu il fevralın 28-dək Türkiyə TANAP vasitəsilə 1,25 milyard kubmetr qaz əldə edib.

O vurğulayıb ki, TANAP-ın buraxılış gücü ildə 16 milyard kubmetr təşkil edir, daha sonra isə bu göstəricini 31 milyard kubmetrədək çatdırmaq mümkün olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm