Azərbaycanda 12 504 yeni müəssisə və təşkilat fəaliyyətə başlayıb
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanda 12 504 yeni müəssisə və təşkilat fəaliyyətə başlayıb

Ölkə ərazisində 2018-ci il ərzində yaradılmış 12 504 yeni müəssisə və təşkilatın 66,4 faizi Bakı şəhərində fəaliyyətə başlayıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il ərzində fəaliyyətə başlayan yeni müəssisə və təşkilatların 9,6 faizi Abşeron, 6,9 faizi Aran, 4,8 faizi Quba-Xaçmaz, 4,6 faizi Gəncə-Qazax, 2,7 faizi Şəki-Zaqatala, 2,6 faizi Lənkəran, 1,2 faizi Yuxarı-Qarabağ, 0,6 faizi Dağlıq Şirvan iqtisadi rayonunun, 0,4 faizi Naxçıvan Muxtar Respublikasının, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonunun payına düşüb.

2018-ci il ərzində ölkədə 238 947 yeni, o cümlədən 127 428 daimi iş yeri açılıb. Açılmış daimi iş yerlərinin 8,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 32,2 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 59,3 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.

Yeni iş yerlərinin 26 faizi Bakı şəhərinin, 1,2 faizi Naxçıvan Muxtar Respublikasının, 72,8 faizi regionların, o cümlədən 38,9 faizi Aran, 8,9 faizi Lənkəran, 7,7 faizi Gəncə-Qazax, 4,9 faizi Abşeron, 4,4 faizi Yuxarı Qarabağ, 3,0 faizi Şəki-Zaqatala, 2,7 faizi Quba-Xaçmaz, 2,1 faizi Dağlıq Şirvan, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Hüquqi şəxslər tərəfindən yaradılmış daimi iş yerlərinin 18,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 18,3 faizi tikinti, 13,7 faizi emal sənayesi, 9,4 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 8,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 5,3 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3 faizi təhsil, 2,9 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 2,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 2,7 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 11,4 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm