Azərbaycan iqtisadiyyatı yeni çağırışlara uyğun qurulmalıdır - ŞƏRH
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan iqtisadiyyatı yeni çağırışlara uyğun qurulmalıdır - ŞƏRH

"Azərbaycanda son illərdə icra olunan layihələr, qəbul edilən strategiyalar iqtisadiyyatın inkişafına təkan verir"

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Millət vəkili ölkənin valyuta ehtiyatlarının artması, inflyasiyanın azalmasının da bu inkişafın göstəricisi olduğunu bildirib:

“Azərbaycan iqtiadiyyatı qəbul edilən strategiyalara əsaslanaraq inkişaf edir. Kənd təsərrüfatı, sənaye və iqtisadiyyatın bütün sahələri üzrə dövlət proqramları qəbul edilib. 2020-ci ildə iqtisadiyyatın əsas sektorları üzrə qəbul edilmiş Strateji Yol Xəritələrinin icra müddəti başa çatacaq, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası, Sənayenin inkişafı ilə bağlı 2015-2020-ci illəri əhatə edən proqram da dövrünü başa vurur. Bütün proqramların icrası ölkəmizi inkişafın yeni mərhələsinə gətirib çıxarır. Bunlar iqtisadi inkişafın yeni konsepsiyasının ortaya qoyulmasını şərtləndirib. 2016-cı ildən 2018-ci ilin payızına qədər ölkənin Ümumi Daxili Məhsulu 50 milyon manatdan 80 milyon manata yüksəlib. Ölkənin valyuta ehtiyatları 36 milyard dollardan 47 milyard dollara yüksəlib. Dövlət büdcəsindəki xərclər 17-18 milyon manatdan 25.2 milyon manata çatıb. İnflyasiya 2016-cı ildə 12.4 faiz, ötən ilin sonunda 2.3 faiz olub. Bütün bunlardan belə nəticə çıxartmaq olar ki, ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik təmin edilib. Iqtisadi inkişafın yeni təməllərinin ortaya qoyulmasına şərait yaranıb”.

Millət vəkili bildirib ki, bu gün Azərbaycan iqtisadiyyatı qlobal və regional perspektivləri nəzərə alaraq yeni çağırışlara uyğun qurulmalıdır:

“Yeni çağırışlar dördüncü sənaye inqilabına keçidlə bağlıdır. Bununla əlaqədar yeni iqtisadi inkişaf strategiyası yaradılmalıdır. Dünən Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə ölkə başçısı xüsusən bu mövzuya toxundu. Qeyd edildi ki, yeni iqtisadi inkişaf strategiyası hazırlancaq və buna həm yerli, həm də xarici mütəxəssislər cəlb ediləcək. Bu da Azərbaycanı 2020-2025-ci illərdə yeni bir inkişaf mərhələsinə gətirib çıxaracaq. Həmin mərhələ müasir, qlobal çağırışların tələblərinə uyğun qurulmuş sistem olacaq. Bu da Azərbaycandanın yüksək inkişafını təmin edəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm