İqtisadi gündəm
Samir Şərifov: Azərbaycan ÜDM-də xarici borcun həcmini 17 faizədək azaldıb
Bu günədək Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda 23 layihəyə 3,7 milyard dollar investisiya yerləşdirib.
Bunu Maliyyə naziri Samir Şərifov Bakıda keçirilən “Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumu”nda deyib.
Nazir bildirib ki, Azərbaycan AİB-lə əməkdaşlığı yüksək qiymətləndirir.
Onun sözlərinə görə, Azərbaycan müxtəlif sahələrdə islahatlar aparır və dövlət borcunun idarə olunması bu islahatların bir hissəsidir. Bu sahədə keçirilən islahatlar artıq nəticə verməyə başlayıb:
“Biz hökumətin Ümumi Daxili Məhsulda xarici valyutada payını 17 faizədək azaltmışıq. Bu gün Azərbaycanın xarici valyutada nominal borcu ölkənin ümumi gəlirlərinin beşdə bir hissəsini təşkil edir”.
S.Şərifov əlavə edib ki, islahatların nəticəsi olaraq ölkədə makroiqtisadi mühit sabitləşib, iqtisadiyyat artım trayektoriyasına qayıdıb və qeyri-neft sektoru inkişaf edir. (trend)
-
Magazin119:10
Brilliant Dadaşovanın rəqsi GÜNDƏM OLDU - VİDEO
-
Region18:50
Rusiya XİN-dən İrəvana qulaqburma
-
Rəsmi xronika18:32
Rumen Radev İlham Əliyevə zəng etdi
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR