Azərbaycan Parisdə 13-cü "Dad Planeti" tədbirinə ev sahibliyi etdi - FOTO
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan Parisdə 13-cü "Dad Planeti" tədbirinə ev sahibliyi etdi - FOTO

Azərbaycan Fransanın paytaxtı Paris şəhərində Təsərrüfat Məsləhətçiləri Assosiasiyası, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Dövlət Aqrar Ticarət Şirkətinin təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə 13-cü "Dad Planeti"nə ev sahibliyi edib.

Publika.az "Report"a istinadən xəbər verir ki, Azərbaycan səfirliyinin Parisdəki Mədəniyyət Mərkəzində keçirilən "Dad Planeti" tədbirində Kənd Təsərrüfatı naziri İnam Kərimov, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Fransanın Kənd Təsərrüfatı və Qida Nazirliyinin əməkdaşı Beatris Fresenon, Təsərrüfat Məsləhətçiləri Assosiasiyasının prezidenti Dieter Beisteiner və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Rəhman Mustafayev kənd təsərrüfatı və milli qastranomiyanın hər bir xalqın mədəniyyətini təcəssüm etdirdiyini xüsusi vurğulayıb. O bildirib ki, kənd təsərrüfatı Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi strategiyasında ən başlıca yer tutan sektorlardandır.

Kənd Təsərrüfatı naziri İnam Kərimov kulinariyanın milli irsimizin və milli bütövlüyümüzün ayrılmaz hissəsi, sülh və həmrəylik mesajı ötürməyin ən səmərəli vasitələrindən biri olduğunu vurğulayıb. Nazir Azərbaycan kulinariyasının keyfiyyətinə görə ən varlı ölkələrdən biri, qastranomiya müxtəlifliyi axtaranların üz tutduqları əsas istiqamətlərdən olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

"Dad Planeti"nin bu 13-cü ili Azərbaycanın təşəbbüsü ilə ölkələrin təsərrüfat ənənələrinin şaxələndirilməsi mövzusuna həsr edilib. Artıq 13-cü ildir təşkil edilən "Dad Planeti" kulinariya məhsullarını təbliğ etməklə ölkələr arasında qeyri-formal mübadilə platforması yaradır. "Dad Planeti"nin 13-cü ili 15 ölkənin kulinariya və yerli məhsulları təqdim edilib. Tədbirdə ölkəmizlə yanaşı Avstriya, Almaniya, Finlandiya, Bolqarıstan, Hollandiya, Malta, İsveçrə, İrlandiya, Estoniya, Litva, Sloveniya, Macarıstan, Kanada, ABŞ iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm