İqtisadi gündəm
Elektron xidmətlər sırasında elektron gömrük Azərbaycanda ön sıralardadır - Səfər Mehdiyev - - FOTO
Bu gün Bakıda Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları Konfransı və Sərgisi öz işinə başlayıb.
Publika.az xəbər verir ki, tədbir 3 gun davam edəcək.
Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Koreya Gömrük Xidməti İnformasiya və Beynəlxalq Məsələlər İdarəsinin baş direktoru Taeil Kanq və ÜGT-nin baş katibi Kunio Mikuriya istirak edir.
Tədbir Prezident İlham Əliyevin iştirakçılara təbrik məktubunun oxunması ilə açıq elan olunub.
Məktubu Baş nazir Novruz Məmmədov oxuyub.
Dövlət başçısı məktubunda bildirib ki, Azərbaycanın gömrük sistemində şəffaflığın təmin edilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində bir çox işlər görülüb.
Daha sonra DGK-nin sədri Səfər Mehdiyev çıxış edib. O bildirib ki, bu tədbirin olkəmizdə keçirilməsi Prezident İlham Əliyevin gömruk sistemində həyata keçirdiyi mütərəqqi islahatlar hesabına Azərbaycan gömrüyünün bütün sahələrdə, xüsusilə informasiya texnologiyalarının tətbiqi istiqamətində əldə etdiyi uğuların nəticəsidir.
O, tədbirin vacibliyini diqqətə çatdıraraq vurğulayıb ki, elektron xidmətlər sırasında elektron gömrük Azərbaycanda ön sıralardadır. Bu istiqamətdə ciddi islahatlar aparılıb, şəffaflığın təmin edilməsi baxımından vacib işlər görülüb. Sahibkar-məmur münasibətlərinin minimuma endirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi baxımından da Gömrük Komitəsi mühüm nailiyyətlər əldə edib.
S.Mehdiyevin sözlərinə görə, Ümumdünya Gömrük Təşkilatının informasiya texnologiyaları konfransı və sərgisi bu təşkilata üzv dövlətlərin gömrük xidmətlərinin informasiya texnologiyaları barədə fikir mübadiləsi aparması, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi və gömrük xidmətlərinin təcrübələrinin bölüşməsi baxımından əhəmiyyət kəsb edir.
ÜGT-nin informasiya texnologiyaları konfransı və sərgisi iyunun 14-dək davam edəcək.
FOTO: Pərviz Həşimi
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom