Azərbaycan iqtisadiyyatı 2,2% böyüyüb
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan iqtisadiyyatı 2,2% böyüyüb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 30 608,7 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

ÜDM istehsalının 46,0%-i sənayenin, 9,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4%-i nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9%-i tikintinin, 3,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrinin, 14,4%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3%-ini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 3 099 manata bərabər olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm