İqtisadi gündəm
Dövlət Toxum Fondu Yaponiyanın ən böyük investisiya şirkəti ilə ticarət əlaqələri qurur
Bakıda Dövlət Toxum Fondunun rəhbərliyi ilə Yaponiyanın “Dentsu Group” və “Kaneko Seeds” şirkətlərinin rəhbər şəxsləri arasında görüş keçirilib.
Fonddan Publika.az-a verilən məlumata görə, görüşdə Dövlət Toxum Fondunun sədri Emin Əliyev, “Dentsu group” şirkətinin baş meneceri Toshihiro Fukushima və biznesin inkişafı üzrə inzibatçısı Takahiro Akiyama, “Kaneko Seeds” şirkətinin beynəlxalq əlaqələr üzrə inzibatçısı Tomoaki Sakamoto iştirak edib.
Tədbirdə çıxış edən Dövlət Toxum Fondunun sədri Emin Əliyev keyfiyyətli toxum istehsalı ilə bağlı görülən işlər, eləcə də azərbaycanlı alimlərin seleksiya nailiyyətləri barədə qonaqlara məlumat verib.
“Kaneko Seeds” şirkətinin beynəlxalq əlaqələr üzrə inzibatçısı Tomoaki Sakamoto bildirib ki, Azərbaycan toxumçuluq sahəsində ciddi addımlar atır. Bildirilib ki, Azərbaycanın artan inkişaf göstəricələri arasında aqrar sahənin xüsusi çəkisinin olması təsadüfi deyil. Qeyd olunub ki, kənd təsərrufatının inkişaf etdirilməsi və məhsul istehsalının artırılması əhalinin ekoloji təmiz ərzaqla, sənayenin isə xammalla təmin olunması deməkdir. O, çoxillik təcrubəyə malik Yaponiyanın qabaqcıl təcrübəsinin öyrənilməsi və qarşılıqlı əlaqələrin qurulmasının Azərbaycanda aqrar sahədə geniş perspektivlərə yol açacağını vurğulayıb.
Görüşün sonunda Dövlət Toxum Fondu ilə Yaponiyanın “Dentsu Group” şirkəti arasında toxumçuluq sahəsində ticarət əlaqələrinin qurulması, təcrübə mübadiləsi, bazar araşdırılmasının aparılmasını nəzərdə tutan “Niyyət protokolu”nun imzalanmasına dair razılıq əldə edilib.
Qeyd edək ki, “Dentsu Group” Yaponiyanın ən böyük investisiya, “Kaneko seeds” isə yüksək keyfiyyətli tərəvəz, çiçək və yem bitkiləri, istixana materialları, kənd təsərrufatı məhsulları, effektiv və səmərəli becərmə texnologiyaları, yüksək texnoloji kənd təsərrufatı avadanlıqları təqdim edən şirkətlərdən sayılır. “Kaneko seeds” yarandığı 1895-ci ildən etibarən keyfiyyətli toxum istehsalı ilə məşğuldur.
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO