İqtisadi gündəm
İqtisadiyyat naziri Yanq Ayminlə görüşdü
İqtisadiyyat naziri Şahin Mustafayev Çin Dəmiryolu İnşaatı Korporasiyası nəzdində Çin Mülki Mühəndislik Tikinti Korporasiyasının Avrasiya üzrə Xarici İnvestisiya İşləri departamentinin baş direktoru Yanq Aymin ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən Publika.az-a bildirilib ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Çin dövlət başçıları arasında qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərin ölkələrimiz arasında fəal dialoqun əsasını təşkil etdiyini və ikitərəfli əməkdaşlığın bütün sahələrdə genişləndirilməsində mühüm rolunu vurğulayıb.
Çinlə tranzit daşımaları, logistika, ticarət, investisiya, İKT, turizm və humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini qeyd edən Ş. Mustafayev, Azərbaycan-Çin iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanlarını diqqətə çatdırıb.
Nazir bildirib ki, Çində Azərbaycanın ticarət nümayəndəliyi, ticarət və şərab evləri fəaliyyət göstərir. Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası ikitərəfli əməkdaşlığın genişləndirilməsində önəmli rol oynayır.
Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev, qeyri-neft sektorunun, o cümlədən tikinti sektorunun Azərbaycanda uğurla inkişaf etdiyini, ölkəmizin bu sahədə dünyanın tanınmış şirkətləri ilə əməkdaşlıqda marağını qeyd edib. Vurğulanıb ki, bu baxımdan dünyada aparıcı şirkətlərdən olan Çin Mülki Mühəndislik Tikinti Korporasiyası ilə əlaqələrin inkişafı üçün potensial genişdir.
İqtisadiyyat naziri ölkəmizdəki yol infrastrukturunun və dəmir yolları şəbəkəsinin yenidən qurulması istiqamətində həyata keçirilən layihələr barədə də məlumat verərək, Çin Mülki Mühəndislik Tikinti Korporasiyasını Azərbaycanda yaradılmış əlverişli işgüzar mühitdən yararlanmaqla birgə əməkdaşlığa dəvət edib.
Çin Mülki Mühəndislik Tikinti Korporasiyasının Avrasiya üzrə Xarici İnvestisiya İşləri departamentinin baş direktoru Yanq Aymin Korporasiyanın 100-dən çox ölkədə fəaliyyət göstərdiyini, əsasən yüksək sürətli dəmir yollarının inşası, hava limanlarının, metro, port və elektrik stansiyalarının tikintisi sahəsində ixtisaslaşdığını diqqətə çatdırıb. Yanq Aymin təmsil etdiyi qurumun Azərbaycanda uğurla reallaşdırılan infrastruktur layihələrində iştirak etməkdə maraqlı olduğunu qeyd edib.
Görüşdə Çin Dəmiryolu İnşaatı Korporasiyası ilə əməkdaşlıq imkanları müzakirə olunub.
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO