İqtisadi gündəm
Dünyanın ən gəlirli neft şirkəti məlum oldu
Səudiyyə Ərəbistanının “Saudi Aramco” milli neft şirkəti 2019-cu ilin birinci yarısının nəticələrinə görə dünyanın ən gəlirli şirkəti olub.
“Saudi Aramco” şirkətinin rəsmi məlumatına görə, şirkətin xalis gəlirlərinin 46,9 milyard dollara qədər (12 faiz) azalmasına baxmayaraq, “Saudi Aramco” ən gəlirli neft şirkətidir. İlin birinci yarısında onun ümumi gəliri bir il bundan əvvəlki 167,68 milyard dollardan 163,88 milyard dollara qədər aşağı düşüb. Bununla belə, “Saudi Aramco”nun gəliri dünyanın digər iri neft korporasiyasının gəlirlərindən dəfələrlə çoxdur.
“Saudi Aramco” şirkətinin Baş direktoru Amin Naser bildirib ki, 2019-cu ilin birinci yarısında neftin qiymətinin bir qədər aşağı düşməsinə baxmayaraq, şirkət sabit gəliri və güclü azad pul axınını təmin etməyə davam edib. Qeyd olunub ki, gəlirin azalması əsasən neftin orta satış qiymətinin bir barel üçün 69 dollardan 66 dollara enməsi ilə əlaqədardır.
Şirkətin 2019-cu ilin altı ayında neft hasilatı sutkada 10 milyon barel təşkil edib (Azərtac).
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır