Bu günün tarixi (06.07.2014)
Bizi izləyin

İqtisadi gündəm

Bu günün tarixi (06.07.2014)

Miladi: 06 iyul 2014
Hicri: 08 ramazan 1435

İlin 187-ci günü
İlin sonuna 178 gün qalır

Bu günün namaz vaxtları
Fəcr - 04.47
Günəş - 06.16
Zöhr - 13.49
Əsr - 18.28
Məğrib – 21.30
İşa – 23.17

1687-ci ildə Nyutonun “Philosophiæ Naturalis Principia Mathematica” (Təbiət fəlsəfəsinin riyazi prinsipləri) kitabı nəşr olunub

1811-ci ildə Simon Bolivar Venesuelanın İspaniyadan müstəqilliyini elan edib

1830-cu ildə Fransa Əl-Cəzairi işğal edib

1884-cü ildə Kamerun Almaniyanın kolonyası oldu

1911-ci ildə Fransanın 19-cu Prezidenti Jorj Pompidu dünyaya gəlib

1921 - Rusiya Kommunist (bolşevik) Partiyasının Qafqaz Bürosunun iclasında Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində saxlanılması barədə qərar qəbul edilib. Bir gün öncə, iyulun 4-də RK(b)P Qafqaz Bürosunun plenumunda erməni tərəfi Orconikidze və Kirovun dəstəyi ilə Dağlıq Qarabağın Ermənistana verilməsi barədə qərarın qəbuluna nail olmuşdular. Lakin N.Nərimanov başda olmaqla Azərbaycanın kommunist rəhbərliyinin kəskin etirazı və RK(b)PMK-nın işə qarışması nəticəsində bu qərar ləğv olundu. Bununla belə, RK(b)P Qafqaz Bürosunun 5 iyul tarixli qərarında Dağlıq Qarabağa Azərbaycanın tərkibində saxlanılmaqla və mərkəzi Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyəti verilməsi qeyd olunmuşdu. Bununla da ermənilər əsas məqsədlərinə çatmasalar da, muxtariyyət qazanmış oldular. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil edildi.

1924-cü ildə Parisdə 42 ölkənin iştirak etdiyi VIII Yay Olimpiya Oyunlarının açılşı olub

1932-ci ildə Portuqaliyada Antoniu di Oliveyra Salazar hakimiyyətə gəlib

1939-cu ildə Hatay dövlətinin Məclisi səs çoxluğu ilə Türkiyə dövlətinə birləşmə qərarı verdi

1946-cı ildə ilk bikini Parisdə təqdim olundu

1954-cü ildə BBC ilk dəfə televiziya xəbər buraxılışını yayımladı

1962-ci ildə Əl-Cəzair müstəqilliyini elan etdi

1977-ci ildə Pakistanda baş qərargah rəisi Ziyaul Haqqın rəhbərliyində hərbi dövlət çevrilişi oldu. Baş nazir Zülfüqar Əli Bhutto həbs edildi

1995-ci ildə türk şair və yazıçısı Əziz Nesin ölüb

2002 – Prezident Heydər Əliyevin fərmanı iləAzərbaycan dövləti ilə xaricdəki soydaşlarımızla əlaqələri tənzimləyəcək qurum - Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr fərmanı ilə Diaspora ilə İş üzrə Dövlət Komitəsinə çevrilib.

2008 - Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astananın 10 illiyi ilə əlaqədar təntənəli yubiley tədbirlərində iştirak edib, bir sıra ikitərəfli görüşlər keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm