Azərbaycan Gürcüstanda bu sahədə liderdir
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan Gürcüstanda bu sahədə liderdir

Gürcüstan iqtisadiyyatına 2018-ci ildə qoyulan birbaşa xarici investisiyalar 2017-ci illə müqayisədə 35,5 faiz azalıb.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, xarici investorlar 2018-ci ildə Gürcüstan iqtisadiyyatına ümumilikdə 1,265 milyard ABŞ dolları həcmində sərmayə yatırıblar.

Statistika xidmətindən bildiriblər ki, xarici investisiyaların həcminin azalması əsasən magistral qaz kəmərinin ölkə ərazisində tikintisinin başa çatması ilə əlaqədardır.

Xarici investisiyaların həcminə görə, Azərbaycan liderdir. Hesabat dövründə Azərbaycan Gürcüstan iqtisadiyyatına 246 milyon dollar sərmayə qoyub. Bu da ümumi investisiyaların 19,5 faizini təşkil edir.

Siyahıda 208 milyon dollarla Niderland ikinci (16,5 faiz), 179 milyon dollarla Böyük Britaniya (14,1 faiz) üçüncü yerdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm