Gürcüstana investisiya yatıran ölkələr açıqlandı: Azərbaycan...
Bizi izləyin

İqtisadi gündəm

Gürcüstana investisiya yatıran ölkələr açıqlandı: Azərbaycan...

Azərbaycan cari ilin ikinci rübündə Gürcüstan iqtisadiyyatına 15,8 milyon ABŞ dolları sərmayə yatırıb.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında məlumat deyilir.

Bildirilir ki, Azərbaycan bu göstərici ilə Gürcüstan iqtisadiyyatına sərmayə qoyan xarici ölkələr sırasında dördüncü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr Hollandiya (58,1 milyon dollar), Türkiyə (36 milyon dollar) və ABŞ (27,5 milyon dollar) olub.

İkinci rübdə Gürcüstan iqtisadiyyatına 187 milyon dollar xarici investisiya qoyulub ki, bu, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 53,7 faiz azdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm