Azərbaycanın xaricdə ən çox investisiya yatırdığı ölkə hansıdır?
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanın xaricdə ən çox investisiya yatırdığı ölkə hansıdır?

Azərbaycanın xaricdə ən çox investisiya yatırdığı ölkə Türkiyədir.

Publika.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə müsahibəsində deyib.

“Azərbaycanla Türkiyə bütün sahələrdə uğurlu əməkdaşlıq edir. Hər iki ölkənin iqtisadi potensialı çox yüksəkdir. Sərmayələr sahəsində nəticələrimiz uğurludur. Azərbaycan Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox, Türkiyə şirkətləri isə ölkəmizə 12 milyarddan artıq investisiya yatırıb. Azərbaycanın xaricdə ən çox investisiya yatırdığı ölkə məhz Türkiyədir. Türkiyə şirkətləri Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilən və dəyəri 15,5 milyard dollarlıq 299 layihədə podratçı qismində iştirak edirlər. Bu da bizim əməkdaşlığımızın ən önəmli göstəricilərindən biridir. Hesab edirik ki, Türkiyə və Azərbaycan şirkətləri birgə layihələr vasitəsilə daha uğurlu əməkdaşlıq qura bilərlər. Neft-kimya, əczaçılıq, dərman istehsalı, yüngül sənaye sahələrində imkanlarımız genişdir. Biz bu sahələrdə də Türkiyə ilə əməkdaşlığımızı dərinləşdirə bilərik”, - deyə nazir vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm