• USD 1,7000 0,00% EUR 1,8907 +0,41%
    • GBP 2,1838 +0,22% RUB 0,0265 0,00%

Neftin qiyməti kəskin bahalaşdı

Neftin qiyməti kəskin bahalaşdı

Dünya birjalarında neftin qiyməti kəskin bahalaşıb.

“Report” “CNBC”-yə istinadla xəbər verir ki, bu gün axşam saatlarında (Bakı vaxtı ilə saat 22:20) "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 14.6% faiz yüksələrək bir barelə görə 69,02 dollar səviyyəsində qərarlaşıb.

"WTI" markalı neftin qiyməti isə bir barelə görə 62.90 dollara qədər (14.8% artıb) artıb.

Qeyd edək ki, “Qara qızıl”ın qiymətində bahalaşma Səudiyyə Ərəbistanının "Saudi Aramco" dövlət neft şirkətinin infrastrukturuna edilmiş dron hücumlarından sonra baş verib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR