“AzerGold” rəhbərliyi Tacikistan nümayəndə heyəti ilə görüşdü - FOTO
Bizi izləyin

İqtisadi gündəm

“AzerGold” rəhbərliyi Tacikistan nümayəndə heyəti ilə görüşdü - FOTO

20 sentyabr tarixində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və Tacikistan Respublikasının ölkəmizdə səfərdə olan nümayəndələri arasında görüş keçirilib.

Publika.az-a “AzerGold” QSC-nin inzibati binasında baş tutan görüşdə QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, QSC-nin İdarə Heyəti sədrinin müavinləri Oqtay Məmmədov və Xəyyam Fərzəliyev, həmçinin Geoloji kəşfiyyat, Strateji planlaşdırma və biznesin inkişafı şöbələrinin rəhbərləri, Tacikistanın Soqdiya vilayətinin sədri Racabboy Axmadzoda, Tacikistanın ölkəmizdəki səfiri Rustam Soli, Xucand şəhərinin sədri Maqruf Muxammadzoda, Guliston şəhərinin sədri Firdаvs Şərifzoda, “Aprelevka” birgə müəssisənin baş direktoru Baxtiyor Macidov və nümayəndə heyətinin digər üzvləri iştirak edib.

İlk öncə qonaqları salamlayan Z. İbrahimov “AzerGold” QSC-nin fəaliyyəti, görülən işlər və öndə duran vəzifələr haqda qısaca məlumat verib. R. Axmadzoda son illərədə Azərbaycanın bütün sahələrində olduğu kimi, dağ-mədən və hasilat sahəsindəki inkişafı qeyd edərək “AzerGold” QSC-nin fəaliyyətini yüksək qiymətləndirib. Dünyanın ən iri gümüş yatağı hesab edilən Böyük Konimansur yatağı və Soqdiya vilayətində yerləşən digər zəngin yataqlar haqda söhbət açan Axmadzoda “AzerGold” QSC-nin nümayəndə heyətini Soqdiya vilayətinə səfər etməyə və bu yataqlarla əyani tanış olmağa dəvət edib.

Görüşün davamında dağ-mədən sahəsində tərəflər arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib, bu istiqamətdə təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm