Azərbaycan neftinin qiyməti yenə dəyişdi
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan neftinin qiyməti yenə dəyişdi

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 3-də 60,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,22 dollar/barel azdır.

Publika.az Trend-ə istinadən xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 58,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,53 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 53,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,82 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 57,81 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,24 dollar/barel azdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm