Əli Rəbbi: Heç bir qüvvə iki qardaş ölkə arasında nifaq sala bilməz
Bizi izləyin

İqtisadi gündəm

Əli Rəbbi: Heç bir qüvvə iki qardaş ölkə arasında nifaq sala bilməz

İran Azərbaycan Respublikası ilə yaxın əməkdaşlıq əlaqələrinə malikdir. Hər iki ölkə arasındakı münasibətlər səmimi xarakter daşıyır və məhz bu səmimiyyətin nəticəsidir ki, birgə iqtisadi layihələr həyata keçirilir.

Publika.az xəbər verir ki, bu sözləri İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi deyib.

Hökumət rəsmisi bildirib ki, İran ilə Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında aparıcı rola malikdir. Bu layihə çərçivəsində çəkilən dəmir yolu təkcə İran ilə Azərbaycanı deyil, eləcə də Cənub-Şərqi Asiya ölkələri ilə Avropanı birləşdirəcək.

Əli Rəbbi vurğulayıb ki, heç bir qüvvə iki yaxın dost və qardaş ölkə arasında nifaq sala bilməz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm