Saltuk Düzyol: TANAP layihəsinin icrasında beynəlxalq standartlara riayət olunub
Bizi izləyin

İqtisadi gündəm

Saltuk Düzyol: TANAP layihəsinin icrasında beynəlxalq standartlara riayət olunub

TANAP layihəsinin icrası çərçivəsində boru kəmərinin keyfiyyətində, ətraf mühitin mühafizəsində, sağlamlığın qorunmasında, eləcə də əməyin təhlükəsizliyində beynəlxalq standartlara riayət olunub.

Publika.az xəbər verir ki, bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol oktyabrın 8-də İstanbulda keçirdiyi mətbuat konfransında deyib.

Layihənin baş direktoru bildirib ki, TANAP-ın icrası çərçivəsində 131 min 620 əsas xətt borusunun qaynağı həyata keçirilib. İnşaat çərçivəsində 5 milyon kubmetrdən çox qazıntı işi və 7 minədək xüsusi keçid həyata keçirilib. Boru kəmərinin keçdiyi ən yüksək nöqtə 2760 metr, ən dərin nöqtə isə dəniz səviyyəsindən 65 metr aşağıda qeydə alınıb. Boru kəməri marşrutu boyunca sosial və ətraf mühitin mühafizəsi məqsədilə 1000-dək layihə həyata keçirilib.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm