SOCAR-ın Türkiyədəki investisiya yatırımının həcmi 15 milyard dolları ötdü
Bizi izləyin

İqtisadi gündəm

SOCAR-ın Türkiyədəki investisiya yatırımının həcmi 15 milyard dolları ötdü

SOCAR-ın Türkiyədəki ümumi investisiya yatırımının həcmi 15 milyard dolları ötüb.

Publika.az xəbər verir ki, bu sözləri oktyabrın 9-da İzmirdə keçirilən mətbuat konfransında Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi "Petkim"in baş direktoru Anar Məmmədov bildirib.

O bildirib ki, dünyanın köklü neft hasilatçıları arasında yer alan SOCAR, 2008-ci ildə “Petkim”in səhmlərinin 51%-ni Özəlləşdirmə İdarəsindən 2 milyard 40 milyon dollara satın alaraq Türkiyədə fəaliyyətə başlayıb. Hazırda Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi “Petkim”də ümumilikdə 2 500 adam işləyir. SOCAR “Petkim”in ardınca 400 milyon dollarlıq SOCAR Terminal, 6,3 milyard dollarlıq STAR neft emalı zavodu və 600 milyon dollarlıq anbar investsiyasını, eləcə də 6,5 milyard dollarlıq TANAP layihəsini həyata keçirib.

Hazırda davam edən layihələr ilə bu rəqəmi 19,5 milyard dollara yüksəldəcək şirkət investisiya layihələrini başa çatdırdıqdan sonra Türkiyənin üç böyük holdinqindən biri, sənaye sahəsində isə birincisi olmağı planlaşdırır. Qeyd olunan investisiya layihələri iki qardaş ölkənin - Azərbaycan və Türkiyənin iqtisadi əməkdaşlığına böyük töhfə verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm