Azərbaycanın tam üzən məzənnəyə keçməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanın tam üzən məzənnəyə keçməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

“2020-ci ildə tam üzən məzənnə rejiminə keçməyimiz mümkün deyil. Bunu o zaman edə bilərik ki, inflyasiyanın hədəflənməsi rejiminə keçək”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, əgər bu gün aşağı səviyyəli inflyasiya varsa, bu, məzənnə və məzənnə gözləntilərinin sabitliyi deməkdir: "Əgər biz bu sabitliyi başqa yola hədəfləyiriksə, tam üzən məzənnəyə keçmək mümkün deyil. Dünyada 70 neft ixrac edən ölkə var. Onlardan yalnız 24-25-də bu mümkündür”.

E.Rüstəmov tam üzən məzənnə rejiminə keçidin bir neçə şərtini açıqlayıb: "Bu şərtlərdən biri dövlət qiymətli kağızlar bazarının genişlənməsidir. Bu, banklararası pul bazarının da əhəmiyyətli dərəcədə genişlənməsinə səbəb olacaq. Bu gün bəzi banklarda əhəmiyyətli likvidlik var, amma bəzilərində yoxdur. Bu gün biz banklararası aktiv bazar görmürük. Çünki onların girov bazası zəifdir. Banklar arasında qarşılıqlı etibar olmalıdır. Əgər likvidliyi yüksək olan bank aşağı likvidli banka inanmırsa, burada etibardan danışmaq olmaz. Biz çalışırıq ki, dövlət qiymətli kağızlarının bütün ticarəti "Bloomberg" platformasına keçirilsin".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm