İqtisadi gündəm
Azərbaycan bu ölkəyə fındıq ixrac edəcək
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə təşkil olunmuş ixrac missiyası başa çatıb.
İqtisadiyyat Nazirliyindən Publika.az-a verilən məlumata görə, missiyada qida sənayesi, turizm və tikinti materialları istehsalı sahəsində fəaliyyət göstərən 24 Azərbaycan şirkəti iştirak edib. Azərbaycan sahibkarları xarici tərəfdaşları ilə müzakirələr aparıb və məhsul ixracına dair razılıq əldə ediblər. Belə ki, Azərbaycanın “Azhazelnut” və BƏƏ-nin distribüter şirkətləri 200 min ABŞ dolları dəyərində fındıq məhsulunun yanvar ayında ixracına dair ilkin razılığa gəliblər.
“AzərsunHoldinq” və “Gilan FMCG” şirkətləri BƏƏ-dən olan şirkətlər, həmçinin iri market şəbəkələri ilə məhsul ixracı, “İdea” şirkəti isə BƏƏ-nin Abu-Dabi şəhərində fəaliyyət göstərən şirkətlə məhsulların sərgi salonunun (showroom) açılması barədə ilkin razılıq əldə ediblər.
İxrac missiyası çərçivəsində “Ecodry”, “AHEC”, “Az-granata”, “Brightman BMC”, “BakuKonserv”, “Salam Travel”, “Novus E.R.A.” və digər Azərbaycan sahibkarları BƏƏ şirkətləri ilə keçirilmiş işgüzar görüşlərdə məhsul və xidmətlərin ixracına dair müzakirələr aparıblar.
-
MDB23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin122:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Magazin122:12
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm” - FOTO
-
Region21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO
-
Elm və təhsil21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."