Neftin qiymətinə müdaxilə edilə bilər - AÇIQLANDI
Bizi izləyin

İqtisadi gündəm

Neftin qiymətinə müdaxilə edilə bilər - AÇIQLANDI

Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən açıqlama verilib. Açıqlamaya görə, telefon söhbəti zamanı ikili münasibətlərlə yanaşı neft bazarındakı son vəziyyət müzakirə edilib. Tərəflər bildiriblər ki, qlobal neft bazarlarında sabitliyin qorunması üçün “qara qızıl” ixracatçıları ilə əməkdaşlıq çərçivəsində lazımi addımları atmağa hazırdırlar.

Qeyd edək ki, son günlər neftin qiymətinin ucuzlaşdığı diqqət çəkir.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm