OPEC neftin qiyməti ilə bağlı XƏBƏRDARLIQ ETDİ
Bizi izləyin

İqtisadi gündəm

OPEC neftin qiyməti ilə bağlı XƏBƏRDARLIQ ETDİ

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) günlük neft hasilatının daha 1,5 milyon barel azaldılmasını təklif edib.

Publika.az xəbər verir ki, OPEC-in Avstraliyada təşkil olunan növbədənkənar toplantısının yekunlarına dair yazılı açıqlamasında belə deyilir. "OPEC" təkcə üzv ölkələrə deyil, təşkilata üzv olmayan ölkələrə də iyunun 30-na qədər neft hasilatının azaldılmasını tövsiyyə edib.

Bildirilib ki, koronavirusun yayılmasının dünya iqtisadiyyatına mənfi təsiri neftin qiymətinin ucuzlaşmasına səbəb olur. Bu üzdən neftin qiymətinə nəzarəti əldə saxlamaq üçün hasilatın azaldılması vacibdir.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm