İqtisadi gündəm
Dollarla bağlı açıqlama - Azərbaycan vətəndaşlarının hazırkı tələbi...
“Bu gün Azərbaycana xaricdən gələn şok daha çox iqtisadi deyil, psixoloji xarakter daşıyır”.
Publika.az xəbər verir ki, bunu REAL TV-yə açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.
“Biz inamla əhaliyə nümayiş etdiririk ki, valyuta ehtiyatlarımız var. Bank sektorunun xarici valyutaya olan tələbi ödənilir. Bunu davam etdirmək fikrindəyik. Bu gün Azərbaycan vətəndaşlarının milli valyutanı xarici valyutaya çevirməsinin orta məbləği 4 min ABŞ dolları və yaxud təxminən 7 min manatdır. Bu da əhalinin orta gəlirliliyə malik, yığım etmiş hissəsidir.
İnsanlar inanmalıdır ki, Azərbaycan hökuməti, AMB lazımi tədbirləri görür və bu vəziyyət tezliklə sabitləşəcək, istənilən vaxt və növbəsiz yenə də xarici valyuta almaq mümkün olacaq. Hazırda banklarda iş yükü adi vaxtlarla müqayisədə 5-7 dəfə çoxdur. Onlar bu yükü çətinliklə çəkir. Çünki banklarda iş rejimi, işçilərin sayı bir nəfərin 15 dəqiqə ərzində bankda işini yekunlaşdırmasına hesablanıb. Hətta bəzən bank sahibləri deyirlər ki, onlar digər işlərini (kredit verilməsi, pul köçürülməsi və s) görə bilmirlər", - o qeyd edib.
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 14 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI