Vətəndaşlara pul yardımı ediləcək? - Nazirlikdən AÇIQLAMA
Bizi izləyin

İqtisadi gündəm

Vətəndaşlara pul yardımı ediləcək? - Nazirlikdən AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşlara minimum əməkhaqqı məbləğində yardım edilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib.

Publika.az xəbər verir ki, Nazirliyin İctimiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Məşğulluq və sosial məsələlərlə bağlı İşçi Qrup vətəndaşların sosial müdafiəsi ilə bağlı təkliflər hazırlayıb:

“Bu məsələlərə kompleks yanaşılacaq. Həm sahibkarların, həm də vətəndaşların məşğulluq məsələləri barədə təkliflər aidiyyəti üzrə təqdim olunub. Yaxın günlərdə bu barədə ətraflı məlumatlar veriləcək. Hazırda mətbuatda yazılan məlumatlar dezinformasiyadır, vətəndaşları çaşdırmaq məqsədi daşıyır”.

Xatırladaq ki, mətbuatda yaxın günlərdə vətəndaşlara minimum əməkhaqqı (250 manat) məbləğində vəsait ayrılacağı barədə iddialar yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm