• USD 1,7000 0,00% EUR 1,8580 0,00%
    • GBP 2,0761 0,00% RUB 0,0238 0,00%

Dünyanın gözlədiyi GÖRÜŞ BAŞLADI (YENİLƏNDİ)

Dünyanın gözlədiyi GÖRÜŞ BAŞLADI (YENİLƏNDİ)

“OPEC+” ölkələri neftin gündəlik hasilatının 10 milyon barel azaldılması barədə razılığa gəliblər.

Publika.az xəbər verir ki, razılığa əsasən neft hasilatı may-iyun aylarında gündəlik 10 milyon, ilin sonuna qədər 8 milyon, gələn ilin aprel ayının sonuna qədər isə gündəlik 6 milyon barelə endiriləcək.

***

19:32

Dünyanın maraqla gözlədiyi “OPEC+” formatında görüş başlayıb.

Publika.az xəbər verir ki, telekonfrans şəklində keçirilən görüşün məqsədi koronavirus pandemiyası səbəbilə neftə tələbat azaldığına görə hasilatı azaltmaq və “qara qızılın” qiymətini tənzimləməkdir. Müzakirələrə “OPEC+” formatında iştirak etməyən Misir, İndoneziya, Argentina, Trinidad və Tobaqo da qoşulub.

Xatırladaq ki, Rusiya neft hasilatının 1,5 milyon azaldılması barədə təklifi ilə razılaşmadığına görə, ötən ayın əvvəllərindən neft bazarında sabitlik pozulub.

Anar Türkeş

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR