ABŞ neft hasilatı ilə bağlı güzəştə getməyə məcbur qaldı
Bizi izləyin

İqtisadi gündəm

ABŞ neft hasilatı ilə bağlı güzəştə getməyə məcbur qaldı

OPEC+ sazişinin yekununa əsasən ABŞ neft hasilatını gündəlik 300 min barel azaltmağa razılıq verib.

Publika.az Türkiyənin NTV televiziyasına istinadən məlumat verir ki, OPEC+ formatında əldə olunan razılaşmaya əsasən Meksikadan neft hasilatının gündəlik 400 min barel azaltmaq tələb olunub. Lakin Meksika gündəlik hasilatı cəmi 100 min barel azaltmağa razılıq verib. Sazişin pozulmaması üçün ABŞ yerdə qalan 300 min barel öhdəliyini üzərinə götürüb.

Qeyd edək ki, aprelin 9-da OPEC+ ölkələri nümayəndələrinin onlayn görüşü baş tutub. İştirakçılar Meksikanın şərtləri qəbul edəcəyi təqdirdə ümumi razılığa gəliblər. Razılığa əsasən OPEC+ ölkələri neft hasilatını may-iyunda gündəlik 9,7 milyon barel azaldacaq.

Buna qədər, ABŞ-ın neft hasilatını azaltmayacağı irəli sürülürdü.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm