Sahibkarlara XƏBƏRDARLIQ: işçilərin ixtisarı və əmək haqlarının...
Bizi izləyin

İqtisadi gündəm

Sahibkarlara XƏBƏRDARLIQ: işçilərin ixtisarı və əmək haqlarının...

Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar maliyyə dəstəyi göstərilmiş sahibkarlıq subyektlərində işçi saylarının ixtisarına yol verilməməsi haqqında xəbərdarlıq edilib.

İqtisadiyyat Nazirliyindən Publika.az-a daxil olan xəbərdarlıqda deyilir:

"Hörmətli vergi ödəyiciləri!

Koronavirus (COVİD-19) pandemiyasının yaratdığı mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılmalı, işçilərin ixtisarı və əmək haqlarının azaldılması hallarına yol verilməməlidir.

Pandemiya ilə əlaqədar dövlətdən maliyyə dəstəyi almış vergi ödəyiciləri tərəfindən işçi saylarının azaldılmaması ciddi nəzarətdə saxlanılır və belə hallara yol verildiyi təqdirdə həmin ödəyicilərə qarşı müvafiq tədbirlər görüləcəkdir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm