Qazanxanaların qaz təchizatı dayandırıldı - RƏSMİ
Bizi izləyin

İqtisadi gündəm

Qazanxanaların qaz təchizatı dayandırıldı - RƏSMİ

“Azəriqaz” İstehsalat Birliyi aprelin 26-dan etibarən qazanxanaların qaz təchizatını dayandırır.

Publika.az-ın məlumatına görə, "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib ki, bu addım “Azəristiliktəchizat” ASC-dən daxil olan telefonoqram əsasında atılıb.

"Belə ki, bu gün səhər saatlarında adı çəkilən qurumdan daxil olan telefonoqramda payız-qış mövsümünün başa çatması ilə əlaqədar “Azəristiliktəchizat” ASC-nin balansında olan (isti suya işləyəcək qazanxanalardan başqa) bütün qazanxanaların qaz təchizatının dayandırılmasına göstəriş verilməsi xahiş olunub", - o qeyd edib.

Qeyd edək ki, bir neçə gün öncə karantin rejimi dövründə qazanxanaların qaz təchizatının aprelin 30-dək davam etdirilməsi tövsiyə olunmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm