Neftin qiyməti ikiqat dəyişəcək - OPEC prezidenti açıqladı
Bizi izləyin

İqtisadi gündəm

Neftin qiyməti ikiqat dəyişəcək - OPEC prezidenti açıqladı

Neftin hazırkı qiyməti 2 dəfə bahalaşacaq.

Publika.az xəbər verir ki, bunu Neft İxrac edən Ölkələr Təşkilatının prezidenti (OPEC), Əlcəzairin Energetika naziri Məhəmməd Ərkab deyib.

Əlcəzair dövlət radiosuna açıqlama verən nazir bildirib ki, may və iyun aylarında neftin 1 barelinin qiyməti 40 dollar səviyyəsinə çıxacaq. Buna səbəb isə OPEC-ə üzv ölkələrin istehsalata məhdudiyyətə getməsi qərarının tətbiqi olacaq.

Qeyd edək ki, “Brent” markalı neftin 1 bareli beynəlxalq bazarlarda 21,7 dollara təklif edilir.

Xatırladaq ki, OPEC və OPEC+ ölkələri arasında 10 apreldə əldə edilən razılaşmaya görə neftin istehsalında məhdudiyyətlər tətbiq olunacaq. Qərar çərçivəsində gündəlik xam neft istehsalı miqdarının 1 may-30 iyun tarixləri arasında 10 milyon barelə, 1 iyul-31 dekabr tarixləri arasında 8 milyon barelə, 1 yanvar 2021-30 aprel 2022-ci il tarixləri arasında 6 milyon barelə salınması razılaşdırılıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm