"Neftə tələb mərhələli şəkildə artacaq" - Vüqar Bayramovdan PROQNOZ
Bizi izləyin

İqtisadi gündəm

"Neftə tələb mərhələli şəkildə artacaq" - Vüqar Bayramovdan PROQNOZ

“Neftin dünya bazar qiyməti 30 dollarlıq psixoloji həddi keçib. Bu gün “Brent” markalı neftin 1 bareli 31 dollardan baha təklif olunur”.

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O qeyd edib ki, neftə tələbin artması dünya iqtisadiyyatının yenidən açılmasına cəhdlər ilə bağlıdır:

“Belə ki, dünyanın ən aparıcı iqtisadi güc mərkəzi hesab edilən ABŞ-ın prezidenti “hətta daha çox yoluxmalar və dünyasını dəyişənlər olacağı halda belə ölkə iqtisadiyyatının açılmasının gərəkliyini” bildirib. Bu haqda “Bloomberg” agentliyi məlumat yayıb. ABŞ və Avropa İttifaqı iqtisadiyyatındakı məhdudiyyətlər aradan qaldırılacağı halda enerji məhsullarına tələb yenidən yüksələcək. Xüsusən qədim qitə iqtisadiyyatı yenidən açılarsa və daxili təyyarə uçuşları bərpa olunarsa bu halda neftə tələbin mərhələli şəkildə artmasını müşahidə edə bilərik. Təbii ki, iqtisadiyyatdakı məhdudiyyətlər aradan qaldırılmazsa “qara qızıl”a tələb yenidən azalacaq”.

Vüqar Bayramov əlavə edib ki, bütün hallarda neftin dünya bazar qiyməti birbaşa aparıcı ölkələrdə sosial təcrid tədbirlərinin hansı müddətdə tam aradan qaldırılmasından asılı olacaq.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm