İqtisadi gündəm
Bu şəxslərə 60 manat pul veriləcək - Əli Əsədovdan MÜHÜM QƏRAR
Nazirlər Kabinetinin 22 may 2020-ci il Sərəncamı ilə Dövlət büdcəsinin Ehtiyat Fondundan kənd təsərrüfatı məhsullarının istehsalçılarının toxum təminatının dəstəklənməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinə vəsait ayrılıb.
Publika.az xəbər verir ki, Sərəncamda məhsul yığımı başa çatmış ərazilərdə təkrar qarğıdalı əkinləri üçün toxum təminatına birdəfəlik dəstək məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 5.000.000 (beş milyon) manat məbləğində vəsait ayrılması nəzərəd tutulur.
Habelə, Kənd Təsərrüfatı Nazirliyinə tapşırılır ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və yerli icra hakimiyyəti orqanları ilə birlikdə torpaq-iqlim xüsusiyyətləri, suvarma imkanları nəzərə alınmaqla təkrar qarğıdalı əkinləri üçün uyğun ərazilərin müəyyən edilməsi və suvarma suyu ilə təminatı istiqamətində tədbirlər görsün və 2020-ci ilin məhsulu üçün təkrar qarğıdalı əkini aparan kənd təsərrüfatı məhsullarının istehsalçılarına qarğıdalı toxumunun alınması məqsədilə hər hektara 60 manat məbləğində birdəfəlik vəsaitin verilməsini təmin etsin.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO