İqtisadi gündəm
İndiyədək 2,3 milyon tondan çox taxıl yığılıb
Azərbaycanda taxıl zəmilərinin 70,5 faizində biçin başa çatıb. İyulun 2-nə olan operativ məlumata görə, 716682 hektar biçilmiş sahədən 2269775,4 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,7 sent/ha təşkil edir.
Kənd Təsərrüfatı Nazirliyindən Publika.az-a verilən məlumata görə, arpa sahələrinin biçini yekunlaşmaq üzrədir. Ölkə üzrə 370 min hektara yaxın payızlıq arpa əkini aparılıb, bugünədək 322878 hektar sahədə biçin başa çatıb. Hazırda dağətəyi rayonlarda arpa biçini davam edir. Sahələrdən ümumilikdə 976992,6 ton arpa yığılıb. Arpa üzrə orta məhsuldarlıq 30,3 sentner təşkil edir. Dağətəyi rayonların əksəriyyətində arpa biçini başa çatıb.
Buğda sahələrində də biçin davam edir. Ölkə üzrə 641 min hektar buğda sahəsinin 393804 hektarında biçin yekunlaşıb. Sahələrdən 1292782,8 ton buğda yığılıb. Buğda üzrə orta məhsuldarlıq hazırda 32,8 sentner təşkil edir.
Bu günə olan operativ məlumata görə, biçin prosesində 1426 kombayn iştirak edir. Bunlardan 465-i "Aqrolizinq" ASC-nin biçin aparılan bölgələrdəki rayon bölmələrinin balansında olan kombaynlardır. "Aqrolizinq" tərəfindən biçin başa çatmış Aran bölgələrindən və biçin aparılmayan dağlıq bölgələrdən aktiv biçin zonasına əlavə 226 kombayn dislokasiya olunub. Biçində həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 735 kombayn iştirak edir.
Qeyd edək ki, bu il Azərbaycanda 1010218 hektar sahədə payızlıq taxıl əkilib.
Biçin davam edir.
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək