İqtisadi gündəm
Pərviz Şahbazov: "Bazarda sabitlik neft istehsalçılarının maraqlarına cavab verir"
Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri, Energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın Dövlət Katibinin Parlament nümayəndəsi, İxracat naziri Graham Stuartın iştirakı ilə videokonfrans keçirilib.
Bu barədə Publika.az-a Energetika Nazirliyindən məlumat verilib.
Görüşdə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti və ikitərəfli enerji əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.
COVID-19-la mübarizədə ölkəmizdə həyata keçirilən tədbirlər, Azərbaycan tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə edilməsi, həmçinin pandemiyadan əziyyət çəkən ümumilikdə 30 ölkəyə dəstək göstərilməsindən bəhs edilib. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsü diqqətə çatdırılıb.
Pandemiyanın qlobal iqtisadiyyata və enerji sektoruna, xüsusilə də neftin qiymətinə təsirlərindən danışan Graham Stuart Azərbaycanla Böyük Britaniya arasında bərpa olunan enerji, enerji səmərəliyi sahələrində əməkdaşlıq imkanları ilə maraqlanıb. Neft bazarının sabitləşdirilməsi istiqamətində “OPEC plus” formatında görülən tədbirlərin əhəmiyyətini vurğulayan nazir Pərviz Şahbazov bildirib ki, tarixdə ilk dəfə olaraq neft istehsalının böyük həcmlərdə azaldılması ilə bağlı qərar hazırda icra edilir: “Nəticədə neftin qiyməti iki dəfə yüksəlib və bazarın balanslaşdırılması ilə bağlı fəaliyyətimizi davam etdiririk. Bazarda sabitlik yalnız neft istehsalçıları və şirkətlərinin deyil, həm də istehlakçıların maraqlarına cavab verir. Azərbaycanın öhdəlikləri BP və SOCAR ilə yüksək əməkdaşlıq çərçivəsində yerinə yetirilir”.
Energetika naziri bərpa olunan enerji sahəsində görülən işləri, həyata keçirilən pilot layihələr və planlaşdırılan hərraclar, eləcə də qanunvericilik bazasının yaradılması ilə bağlı yenilikləri diqqətə çatdırıb. Həmçinin, nazir ölkəmizdə kiçik su elektrik stansiyalarının fəaliyyətinin yaxşılaşdırılması və çayların hidroenerji potensialından səmərəli istifadə edilməsi ilə bağlı BP-nin dəstəyini yüksək qiymətləndirib.
Videokonfransda Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasının tarixi və iki ölkə arasında imzalanması planlaşdırılan əməkdaşlıq sənədləri də nəzərdən keçirilib.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...