326 obyektdə sanitar-epidemioloji tələblər pozuldu
Bizi izləyin

İqtisadi gündəm

326 obyektdə sanitar-epidemioloji tələblər pozuldu

Sahibkarlıq subyektlərində müvafiq qayda və tələblərə əməl edilməsinə nəzarət davam edir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Nazirliyin karantin rejiminin müvafiq qayda və tələblərinə əməl edilməsinə nəzarət məqsədilə 18-19 avqust tarixlərində keçirdiyi nəzarət tədbirləri zamanı Sabunçu rayonunda “Rahib Restoranı”nda, “Abşeron Market”də, “Rəhman Market”də, Binəqədi rayonunda “Maseyra Mebel Salonu”nda, “Nur Kosmetika Salonu”nda, Nərimanov rayonunda “Baseus Telefon Dükanı”nda, “Buta market”də, “Özsüt Atatürk” restoranında, “Okean Pub”da, “Faceup Beauty” gözəllik salonunda, “Selay Gözəllik salonunda, Suraxanı rayonunda “Nə alsan 10 Manat” mağazasında, “Xəyal Kafe”də, “Ləvəngi Restoranı”nda, Səbail rayonunda “Floor Kafe”də, “Cız Bız Restoran”da, “Tadım Dönər”də, “Taksim Kebab”da, “Delfin Kafe”də, “Namlı Kabab”da, Nəsimi rayonunda “Kolarit Kafe”də, “Şaurma 1”də, “Görüş kafesi”ndə, “Pakdad Restoran”da, Xətai rayonunda “ERA Market”də, “Amore Geyim” mağazasında, “Xan Çinar Restoranı”nda, “Ömər Optika” aptekində, “Vita Aptek”də, Suraxanı rayonunda “Oba Market”də, Nizami rayonunda “Sarina geyim mağazası”nda, “Asmen Kişi Geyimləri” mağazasında, “Woodpecker Mebel Salonu”nda, “Cook House”, “Evrolux mağazası”, “Eyfel mebel mağazası”, “Lizza mebel mağazası”, “Massimo mebel mağazası”, “Vega mebel”, “Elmir Market” pərakəndə ticarət obyektlərində, “Zeytun aptek”də, Qaradağ rayonunda “Al Market”də, “101 market”də, “Kafe Sahil”də, Əbilağa Məlikova məxsus aptekdə, Elməddin Təhməzliyə məxsus mağazada, Yasamal rayonunda Elvin Tağıyevə məxsus “Şərab Evi”ndə, “Buta Farm” MMC-yə məxsus “Aptek”də, ümumilikdə, monitorinq aparılmış 4 441 obyektin 326-da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm