Erməni təxribatından ziyan çəkən sahibkarlara müraciət edildi
Bizi izləyin

İqtisadi gündəm

Erməni təxribatından ziyan çəkən sahibkarlara müraciət edildi

Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı növbəti hərbi təxribat nəticəsində mülki əhaliyə, infrastruktur obyektlərinə, dövlət əmlakına, eləcə də sahibkarlıq subyektlərinə ziyan dəyib.

Bu barədə Publika.az-a İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir.

Məlumatda həmçinin bildirilir ki, sahibkarlıq subyektlərinə dəymiş ziyanın müəyyən olunması istiqamətində tədbirlər görülür və müvafiq məlumatlar toplanır.

Sahibkarlıq subyektlərindən Ermənistanın son hərbi təxribatı nəticəsində dəymiş ziyan barədə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məlumat vermələri xahiş olunur.

Əlaqə telefonu: (012) 404 04 01 (daxili 187), (055) 200 02 96 (Rauf Tağıyev), e-mail: [email protected].

Oxumağa davam et
Reklam
Reklam

Gündəm