Naxçıvanda ÜDM-də artım qeydə alındı
Bizi izləyin

İqtisadi gündəm

Naxçıvanda ÜDM-də artım qeydə alındı

Cari ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 2 milyard 556 milyon 981 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.

Bu barədə Publika.az-a Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 55 50,2 manata çatıb.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 967 milyon 182 min 300 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur.

Vəsait qoyuluşları çərçivəsində 2020-ci ilin yanvar-noyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 948 milyon 959 min 900 manat vəsait yönəldilib. Bu,bir il öncəki göstəricidən 1 faiz çoxdur.

Əsas kapitala yönəldilmiş vəsaitin 899 milyon 461 min 800 manatı və ya 94,8 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm