Bu, Azərbaycanın gücünə güc qatacaq - ŞƏRH
Bizi izləyin

İqtisadi gündəm

Bu, Azərbaycanın gücünə güc qatacaq - ŞƏRH

“TAP layihəsi Azərbaycan iqtisadiyyatının gücünə əlavə güc qatacaq. Bu gün Trans TAP kəməri vasitəsilə Azərbaycandan kommersiya məqsədli təbii qazın Avropa bazarına – İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılmasını ölkəmizin tarixində mühüm bir hadisə kimi qiymətləndirirəm”.

Bunu Publika.az-a açıqlamasında Trans Adriatik Boru Xətti vasitəsi ilə mavi yanacağın Avropaya daşınması hadisəsinə münasibət bildirərkən millət vəkili Elman Məmmədov deyib. Millət vəkili bildirib ki, bu kəmərlər vasitəsi ilə təkcə Azərbaycanın təbii qazı Avropaya çatdırılmayacaq:

“Xəzər dənizindən çıxarılan Türkmənistan və Qazaxıstanın da təbii qazı Qərbə daşınacaq. Artıq bu istiqamətdə xeyli işlər görülüb. Bu proseslər indi də davam edir. Bu kimi enerji layihələri Azərbaycanı əsas enerji tranziti dəhlizinə çevirdi.

Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi Azərbaycanın gələcəkdə dünya miqyasında mövqeyini daha da möhkəmlədəcək. Bu gün həmin layihələr Azərbaycanın iqtisadi və siyasi gücünü daha da möhkəmləndirir. Bu da ona əsas verir ki, ölkəmizin mövqeyi, sözü ilə artıq dünyada hesablaşırlar. Bütün bunlar ölkəmizdə yürüdülən düşünülmüş, uzaqgörən siyasətə əsaslanan bir məsələdir”.

Millət vəkili əlavə edib ki, bu prosesin təməli hələ 1994-cü ildə ulu öndərimiz tərəfindən qoyulub:

“Beləliklə, Azərbaycanın iqtisadi inkişafının yeni təməlləri atıldı. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq əhəmiyyətli enerji layihələri ölkəmizin dünyada artan nüfuzuna daha böyük töhfələr vermiş oldu.

26 il ərzində bu proseslər daha geniş vüsət aldı. Cənab Prezidentimiz İlham Əliyev hakimiyyətə gələndən sonra bu sahədə işlər daha da sürətləndirildi. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan həlledici dövlətlərdən biridir. Neft-qaz layihələri sayəsində iqtisadiyyatımızın şaxələndirilməsi işlərinə başlanıldı. Bu proses Azərbaycanın enerji tranziti dəhlizinə çevrilməsinə səbəb oldu”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm